25 avqust 2026 22:05
102

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda ədalət, təhlükəsizlik və rifahın təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Coğrafiyamız hazırda su və hava kimi sülhə ehtiyac duyur, buna qovuşacağı günlərin həsrətini çəkir", - Türkiyə prezidenti bildirib.

O qeyd edib ki, Türkiyə Suriya, İraq, Livan, Fələstin, Körfəz, Afrika, Balkanlar və Qafqazı əhatə edən geniş coğrafiyada xalqlar arasında tarixi qardaşlığın möhkəmləndirilməsi istiqamətində mübarizə aparır.

"Türkiyə Cümhuriyyəti olaraq deyirik ki, tarix bizi bir-birimizə qardaş edib. Bu əbədi qardaşlığı ucaltmaq üçün mübarizə aparırıq. Bu mübarizəni qələbə ilə bitirənə qədər əlimizin çatdığı hər yerdə canla-başla çalışmağa davam edəcəyik", - o vurğulayıb.