25 avqust 2026 13:49
107

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 5, 6, 12 və 13-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

“İki sahil” xəbər verir ki,  QSC-dən bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.