24 avqust 2026 01:01
112

İrandan sanksiya xəbərdarlığı

Hörmüz boğazında ölkənin müəyyən etdiyi keçid qaydalarına əməl etməyən bəzi gəmilər növbəti keçidləri zamanı cərimə, saxlanılma və ya müsadirə kimi sanksiyalarla üzləşə bilər.

İki sahil” yazır ki, bu barədə İranın “Fars körfəzi Su Yolu İdarəetmə Qurumu (PGSA)” sosial media hesabında məlumat yayıb.

Açıqlamada bildirilib ki, Fars körfəzinə yük daşıyan və ya buradan yük götürən şirkətlərə gəmi icarəyə götürməzdən əvvəl qaydaları pozmuş gəmilərin yenilənmiş siyahısını yoxlamaq tövsiyə olunub.

Bundan sonra gəmidən-gəmiyə yük ötürülməsi (transshipment) və buna bənzər əməliyyatlar çərçivəsində siyahıda olan gəmilərlə əməkdaşlıq edən digər gəmilərin də həmin siyahıya əlavə ediləcəyi bildirilib.

Bildirilib ki, siyahıdan adının çıxarılmasını istəyən gəmilər isə səbəblərini göstərməklə müraciətlərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”