20 avqust 2026 13:35
92

Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədən azadlığa buraxılıb

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub və 15 min manat cərimə edilib.

R. Həsənov məhkəmə zalından azadlığa buraxılıb.