20 avqust 2026 13:03
89

Şimali Koreya Yaponiya istiqamətinə ballistik raket atıb?

Şimali Koreya (KXDR) tərəfindən buraxılan və ballistik raket olduğu ehtimal edilən raket artıq dənizə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir.

Yaponiya ictimai televiziyasının hökumət mənbələrinə istinadla verdiyi məlumata görə, raket Yaponiya dənizində Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Yaponiya Sahil Mühafizə Xidməti regionda olan gəmiləri raket qalıqları aşkar edildiyi təqdirdə onlara yaxınlaşmamağa və dərhal Yaponiya hakimiyyəti ilə əlaqə saxlamağa çağırıb. Ərazidə olan gəmilərə hər hansı ziyan dəyməsi barədə məlumat daxil olmayıb.