20 avqust 2026 01:35
85

Tramp ABŞ-ın süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların süni intellekt yarışında Çindən çox irəlidə olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, o, həmçinin Amerikanın bir çox sənaye sahəsində texnoloji dominantlığını vurğulayıb.

"Biz Amerikanın təkcə “Bitcoin” və kriptovalyutada deyil, həm də proqnoz bazarları, süni intellekt və daha çox texnologiyalarda mübahisəsiz lider olaraq qalmasını təmin edirik. Süni intellekt sahəsində biz 2-ci yerdən çox irəlidəyik. 2-ci yerdə Çindir”,- deyə o bildirib.