17 avqust 2026 00:50
109

Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

Türkiyənin Hatay vilayətində işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, qəza Ərzin-Ceyhan avtomobil yolunda baş verib.

Hadisə yerinə xilasedicilər, təcili yardım əməkdaşları və jandarm qrupları göndərilib. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmaya başlayıb.