15 avqust 2026 12:17
114

Metroda xətlərin ayrılması başladı: “28 May”da vəziyyət necədir?

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.

Bu gündən etibarən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə isə AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres avtobus marşrutu artıq dünəndən fəaliyyətə başlayıb.

Yeni ekspres marşrutlar metro stansiyaları arasında alternativ nəqliyyat əlaqəsi yaratmaq və sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır.

Trend