12 avqust 2026 20:20
92

Mahmud Abbas: Məkkə sazişi İslam ölkələrinin maraqlarını müdafiə edə bilər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Məkkə sazişini imzalaması İslam ölkələrinin müdafiə sahəsində ittifaqının başlanğıcı ola bilər.

“İki sahil” xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlar zamanı deyib.

O, İsrail ilə sülh barədə də danışıb: "Ədalətli barış işğala son qoymaqla mümkündür".

M. Abbas bilirib ki, daimi sülh üçün paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövləti yaradılmalıdır.

Fələstin Prezidenti Qəzza zolağı ilə bağlı problemləri qabardıb və dəstəyə görə Ərdoğana təşəkkür edib.