Reyn çayında suyun səviyyəsi yaxın günlərdə minimum göstəricilərə qədər enə bilər. Bu isə bütün çay boyunca fasiləsiz gəmiçiliyi mümkünsüz edəcək
“İki sahil” xəbər verir ki, bunu Almaniyanın Federal Çay Nəqliyyatı İttifaqının rəhbəri Yens Şvanen “Rheinische Post” qəzetinə bildirib.
“Bir həftə ərzində yağıntıların olmaması səbəbindən kommersiya gəmiçiliyi üçün mühüm əhəmiyyət daşıyan Kaub şəhərindəki hidroloji məntəqədə suyun səviyyəsinin ilk dəfə 10 santimetrdən aşağı düşəcəyi proqnozlaşdırılır. Bu o deməkdir ki, Reyn praktiki olaraq bütün uzunluğu boyunca gəmiçilik üçün yararsız olacaq və beləliklə, iki hissəyə bölünəcək”, - deyə Şvanen bildirib.
Reynin “iki hissəyə bölünməsi” barədə danışan Şvanen izah edib ki, gəmiçilik üçün yararlı olan birinci hissə Niderland limanlarından Kölnədək olan ərazini əhatə edəcək. Bundan sonra gəmilər yüklərin Almaniyanın şərq bölgələrinə daşınması üçün kanallar şəbəkəsindən istifadə edə biləcəklər.
Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir