"Nizami Rayon Sosial-İctimai Maarifləndirmə" ictimai birliyi “Bakının Nizami rayonunda müharibə veteranları ilə iş” layihəsinin icrasına start verib.
“İki sahil” xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd tarixi qələbənin, onun qəhrəmanlarının unutdurulmaması, gəncləri Vətən müharibəsi tarixi, suverenliyimizin bərpası, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng işlərin nəticələri barədə ətraflı bilgiləndirmək, qazilər, müharibə veteranları, şəhid ailələri ilə görüşdürməkdir. Layihənin əsas ideyası gənclərin milli ruhda yetişdirilməsinə, vətənpərvər olaraq böyüməsinə dair təşəbbüslərə dəstək verməkdir.
Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan gənclər üçün qazilərin, şəhid ailələrinin nümayəndələrinin iştirakı ilə görüşlərin, maarifləndirici tədbirlərin, müsabiqələrin çox böyük əhəmiyyəti olacaq. Bu cür təşəbüslər ictimai xarakterli olduğu üçün böyük marağa səbəb olacaq.
Qeyd edək ki, 3 ay davam edəcək layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq
Naxçıvan Regional Qaz İstismarı İdarəsində ərazi partiya təşkilatının yığıncağı keçirilib