Hacıqabul rayonunda yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “KamAZ” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin Svetlana İbadova ölüb.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları və onların qalıqları aşkar olunub