Pakistanın şimalındakı Svat rayonunda polis bölməsinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı kamikadze hücumu baş verib. Hadisə nəticəsində on üç nəfər ölüb, 22 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə bazar günü polis məlumat yayıb.
Yerli polis rəsmisi Fida Hüseyn AFP-yə bildirib ki, “bir nəfər insanların sıx olduğu yol ayrıcında yerləşən polis bölməsinə daxil olmağa cəhd edib, lakin əsas girişdə polis əməkdaşları tərəfindən saxlanılıb”.
Onun sözlərinə görə, kamikadze daha sonra “əynində olan partlayıcı qurğu ilə doldurulmuş jileti işə salıb”.
Fida Hüseyn bildirib ki, “kamikadze hücumu nəticəsində səkkizi polis əməkdaşı olmaqla 13 nəfər həlak olub”.
O əlavə edib ki, hadisə nəticəsində 22 nəfər yaralanıb. Hücumun törədicisinə aid olduğu ehtimal edilən daha bir meyit isə xəstəxanaya aparılıb.
Svat rayonu Əfqanıstanla həmsərhəd Xayber-Paxtunxva əyalətində yerləşir. Bu bölgədə hakimiyyət orqanları Pakistan Talibanı Hərəkatı (TTP) tərəfindən həyata keçirilən getdikcə genişlənən silahlı qiyamla mübarizə aparır.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır