Belarus Ukrayna ilə sərhəddə, Qomel yaxınlığında yeni 37-ci desant-hücum bölməsinin formalaşdırılmasını başa çatdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç Müdafiə Nazirliyinin "VoenTV" telekanalının efirində bildirib.
"Biz artıq hərbi hissələrin formalaşdırılmasına başlamışıq, bir batalyon hazırdır. Bu il daha bir batalyon, döyüş təminatı bölmələri, artilleriya, zenit və kəşfiyyat hissələri formalaşdıracağıq", - o qeyd edib.
Yeni briqadaya artıq zabitlər cəlb olunub və şəxsi heyət çağırılıb.
Qeyd edək ki, Belarusun cənubunda, Qomel yaxınlığında yeni briqadanın formalaşdırılmasına başlanılması barədə 2025-ci ilin avqustunda məlumat verilmişdi.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır