Livan ordusunun beş hərbçisi İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində yaralanıb.
“İki sahil”in "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə Livan Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə Bint-Cubayl şəhərinə endirilib. Hədəf hərbçilərin müşayiəti ilə hərəkət edən mülki avtomobil olub.
Telekanal qeyd edir ki, Livan Ordusu İsrail ilə "Hizbullah" arasındakı münaqişədə iştirak etmir. Buna baxmayaraq, hərbçilər vaxtaşırı atəşə məruz qalırlar.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır