"Latsio" azarkeşləri klub prezidenti Klaudio Lotitoya etiraz olaraq mövsümlük abunəlikləri kütləvi şəkildə yeniləməkdən imtina ediblər.
“İki sahil” xəbər verir ki, "L’Équipe" nəşrinin məlumatına görə, ilk satış mərhələsinin yekununda əvvəlki abunə sahiblərindən cəmi 2 mindən bir qədər çox azarkeş biletlərini yeniləyib. Müqayisə üçün, ötən il bu göstərici 29 918 idi. Beləliklə, yenilənən abunəliklərin sayı təxminən 93 faiz azalıb.
Bildirilir ki, azarkeşlər yanvar ayından etibarən ev oyunlarını boykot edir və 2004-cü ildən kluba rəhbərlik edən Klaudio Lotitonun istefasını tələb edirlər.
Qeyd edək ki, klubun satılması ilə bağlı petisiyanı artıq 45 minə yaxın şəxs imzalayıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var