Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vaşinqton ştatının hakimiyyət orqanları Spokeyn dairəsindəki bir neçə ərazinin sakinləri üçün meşə yanğınları ilə əlaqədar üçüncü və ya ən yüksəksəviyyəli təxliyə əmri verib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, "Old Trails Fire" adlandırılan yanğın 930 hektar ərazini əhatə edib və sürətlə yayılmaqdadır.
Yanğınların qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilir.