"Roma" Almaniyanın "Volfsburq" klubundan Konstantinos Kulierakisin transferini açıqlayıb.
“İki sahil” paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu A Seriyasında 33 nömrəli formanı geyinəcək.
İtaliya mətbuatının məlumatına görə, transfer qiyməti 15 milyon avrodur. Yunan mərkəz müdafiəçisinə əvvəllər "Yuventus", "Benfika", "Kristal Palas", "Koventri" və "Hall Siti" də maraq göstərib.
"Roma" daha əvvəl "Bolonya"dan hücumçu Santyaqo Kastro ilə müqavilə imzalamışdı. "Volfsburq" ötən mövsümün sonunda Almaniya Bundesliqasından aşağı liqaya düşüb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var