Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən yeni Ələt-Astara magistralında qeydə alınıb.
Məlumata görə, "Chevrolet Cruze" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb