"Hertha"dan "Bayer"ə transfer olunan Kennet Ayxhorn hələlik yeni komandasında debüt edə bilməyəcək.
“İki sahil” xəbər verir ki, Almaniya klubunun açıqlamasına görə, 17 yaşlı futbolçuda müalicə tələb edən metabolik pozuntu aşkarlanıb. Bildirilir ki, bu vəziyyət fiziki yüklənmə, mədə-bağırsaq xəstəliyi və çəki itkisindən sonra yaranıb.
"Bayer"in idman direktoru Simon Rolfes "Kennetin tam sağalması üçün ona lazım olan vaxtı və dəstəyi verəcəyik", - deyə bildirib.
Qeyd edək ki, Ayxhorn ötən yay 9 milyon avro qarşılığında "Hertha"dan "Bayer"ə keçib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var