01 avqust 2026 21:49
124

ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb

ABŞ Dövlət Departamenti 50 ölkə vətəndaşına 20 min dollara qədər girov müqabilində giriş vizalarının verilməsini nəzərdə tutan qaydaları daimi əsasda tətbiq etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Federal Reyestrində dərc olunan bildirişdə qeyd olunub.

Siyahıya Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Botsvana, Burundi, Butan, Vanuatu, Venesuela, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qrenada, Gürcüstan, Cibuti, Dominika, Zambiya, Zimbabve, Kabo-Verde, Kamboca, Qırğızıstan, Kot-d'İvuar, Kuba, Lesoto, Mavriki, Mavritaniya, Malavi, Mozambik, Monqolustan, Namibiya, Nepal, Nigeriya, Nikaraqua, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, Seyşel adaları, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tuvalu, Tunis, Türkmənistan, Uqanda, Fici, MAR və Efiopiya daxil edilib.

Sənəddə qeyd edildiyi kimi, proqrama dəyişikliklər edilib. Əgər son bir il ərzində konkret hallardan asılı olaraq girovun məbləği 5 min, 10 min və ya 15 min dollar təşkil edirdisə, indi maksimal məbləğ 20 min dollara qədər artırılıb, 5 min dollarlıq girov variantı isə ləğv edilib.

Dövlət Departamentinin məlumatına görə, əcnəbi vətəndaş ABŞ-ni vaxtında tərk etdikdən sonra girov tam həcmdə qaytarılır.