01 avqust 2026 19:55
100

WP: İsrailin müdafiəsi üçün qüvvə çatışmazlığı barədə Pentaqona məlumat verilib

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviç İranın ballistik raketlərdən istifadə etməklə endirdiyi zərbələrdən İsraili müdafiə etmək üçün qüvvə çatışmazlığı barədə Pentaqonu məlumatlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığına rəhbərlik edən Qrinkeviç Pentaqon rəhbərliyinə yazılı bildiriş göndərib və orada qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid əlavə esmines olmadan o, İsrailin deyil, ABŞ ərazisinin müdafiəsinin təmin edilməsinə üstünlük verməli olacaq.

Qəzetin mənbələri iddia edirlər ki, Aralıq dənizinin şərq hissəsindəki ABŞ esminesləri uzun illərdir İsrailin raket hücumundan müdafiə sistemini dəstəkləmək üçün istifadə olunur. Bu gəmilər təkcə İran deyil, eyni zamanda Yəməndəki "Ənsar Allah" hərəkatından olan husilər tərəfindən atılan raketləri ələ keçirməyə imkan verən radiolokasiya vasitələri və hava hücumundan müdafiə (HHM) kompleksləri ilə təchiz edilib.

"The Washington Post" qeyd edir ki, iyulun 31-nə olan məlumata görə, Aralıq dənizində iki ABŞ esminesi olub, daha üçü isə İspaniyadakı Rota bazasında yerləşdirilib. ABŞ gəmilərinin, o cümlədən İranın dəniz blokadası üçün cəlb edildiyi Ərəbistan dənizində 11 esmines, daha biri isə Qırmızı dənizdə olub.