Ufadakı sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində tüstülənmə olub.
“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov bildirib.
"Ufaya növbəti PUA hücumunu dəf etdik. Sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının qalıqlarının düşməsi səbəbindən tüstülənmə qeydə alınıb. Ölən və xəsarət alan yoxdur", - o qeyd edib.
Fövqəladə xidmətlər hücumun nəticələrini aradan qaldırır.