Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Təsəlliverici görüş
48 kq
Hüseyn Rzazadə - Amirali Faz (İran)fərdi
Təsnifat mərhələsi
71 kq
Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan)
92 kq
Elgün Kərimli - Sakşam Fnu (Hindistan)
1/8 final
45 kq
Tunar Həsənov - R.Velikov (Bolqarıstan)/Ariun Erdenetuqs (Monqolustan)
51 kq
İbrahim Həsənov - Qaurav Bahi (Kanada)/Giorgi Narimanidze (Gürcüstan)
60 kq
Elcan Həsənov - Balaj Hideq (Macarıstan)/Vitold Pavlik (Polşa)
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var