30 iyul 2026 21:55
111

Çolpon-Ata şəhəri Azərbaycan və Qırğızıstan bayraqları ilə bəzədilib

İyulun 30-da dövlət səfəri ilə Azərbaycan Prezidenti İlham Əliyevin gəldiyi Çolpon-Ata şəhərinin küçələri Azərbaycan və Qırğızıstanın dövlət bayraqları ilə bəzədilib.

“İki sahil” xəbər verir ki, bayraq kompozisiyaları kurort şəhərinin mərkəzi küçələrində yerləşdirilib.

Məhz bu şəhər cümə günü "Mərkəzi Asiya – Azərbaycan" II Sammitinə ev sahibliyi edəcək.