29 dekabr 2016 18:46
282

Fərqlənən kimyaçılar mükafatlandırılıblar

“Azərikimya” İstehsalat Birliyinin akt zalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

İstehsalat Birliyindən bildirilib ki, idarəetmə aparatının, etilen-polietilen zavodunun və təmir-tikinti idarəsi əməkdaşlarının iştirak etdiyi tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev kimyaçıları bayram münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlıların birliyi və həmrəyliyində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

M.Babayev çıxışında yola saldığımız 2016-cı ildə “Azərikimya” İB-də görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən və qazanılmış uğurlardan da söhbət açıb.

Bayram tədbirində “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunan kimyaçılara fəxri fərman və pul mükafatları verilib.