Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka işgüzar səfər çərçivəsində Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə yaradılmış Bakı Davamlılıq Koalisiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin növbəti mərhələsi müzakirə mövzusu olub.
A.Quliyev Braziliyanın WUF13-də geniş təmsil olunmasını, qlobal şəhərsalma dialoquna verdiyi töhfəni və Azərbaycanda keçirilən Milli Şəhərsalma Forumlarında ardıcıl iştirakını yüksək qiymətləndirdiyini bildirib.
Komitə sədri ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib