18 iyul 2026 20:45
124

"Beşiktaş"ı tərk edə bilər

Kamerun millisinin yarımmüdafiəçisi Jan Onana "Beşiktaş"dan ayrılmağa yaxındır.

“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 26 yaşlı futbolçu karyerasını Türkiyə Superliqasında çıxış edən "Eyüpspor"da davam etdirə bilər. Bildirilir ki, tərəflər transferin əsas şərtləri ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, Onananın "Beşiktaş"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, "Transfermarkt" portalı Jan Onananın bazar dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.