18 iyul 2026 08:28
103

Naxçıvanın büdcəsinin bu ilin birinci yarısı üzrə icra göstəriciləri açıqlanıb

Naxçıvan Muxtar Respublikası büdcəsinin 2026-cı ilin birinci yarısı üzrə gəlirləri 218,4 milyon manat, xərcləri isə 215,7 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hesabat dövründə büdcə gəlirləri 224,0 milyon manat proqnoza qarşı 97,5 faiz, xərclər isə 244,4 milyon manat plana qarşı 88,3 faiz icra olunub.