17 iyul 2026 20:54
102

FİFA dünya çempionatı tarixində ilkə imza atacaq

FİFA DÇ-2026-nın İspaniya - Argentina finalı ərəfəsində dünya çempionatları tarixində ilk dəfə azarkeşlər üçün mətbuat konfransı təşkil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "ESPN" nəşri məlumat yayıb.

Bildirilir ki, FİFA finaldan bir gün əvvəl keçirilən ənənəvi mətbuat konfransından imtina edib. Qurum kommersiya tərəfdaşı "Fanatics" ilə birlikdə dörd gün davam edəcək ödənişli tədbir təşkil edəcək. Tədbir çərçivəsində azarkeşlər dünya idmanının tanınmış simaları ilə görüşmək imkanı qazanacaqlar.

Tam ailə paketi 857,04 ABŞ dolları, yalnız mətbuat konfransına giriş imkanı verən böyüklər üçün bilet isə 81,54 ABŞ dolları təşkil edir.

Məlumata görə, hər iki yığmanın baş məşqçiləri və futbolçuları tədbirdə iştirak edəcəklər. Lakin azarkeşlər onlara sual vermək imkanı əldə etməyəcəklər.

Qeyd edək ki, tədbir iyulun 17-də Nyu-Yorkdakı "Javits Center" sərgi mərkəzində keçiriləcək.