16 iyul 2026 08:18
111

Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.