Paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir sıra küçələrdə təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “İki sahil”ə bildirilib ki, iyulun 16-dan Nəsimi rayonu üzrə Ağadadaş Qurbanov küçəsində, Yasamal rayonu üzrə Şeyx Məhəmməd Xiyabani küçəsində, həmçinin Nizami rayonu üzrə Əliağa Kürçaylı küçəsində təmir işləri aparılacaq.
İyulun 17-dən isə Nizami rayonu ərazisində C.Naxçıvanski küçəsində (8-ci kilometr bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonu üzrə Ayna Sultanova küçəsində yol təmiri işlərinə start veriləcək.
Agentlikdən qeyd olunub ki, təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.
91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
“AzerGold” Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib
Fövqəladə Hallar Nazirliyinin elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciəti
AQTA "Günəş" şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır