“İki sahil” xəbər verir ki, son illər Azərbaycan Hava Yolları ardıcıl inkişaf mərhələsini yaşayır. Donanmanın müasir hava gəmiləri ilə gücləndirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi və insan kapitalına yatırımlar şirkətin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir.
Yeni imic videosu bütün bu dəyişikliklərin arxasında dayanan əsas ideyanı əks etdirir. O, milli aviaşirkətin kim olduğunu, nəyə inandığını və gələcəyə hansı dəyərlərlə irəlilədiyini vizual hekayədə təqdim edir.
Filmdə şirkətin fəaliyyətinin əsasını təşkil edən təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri ön plana çıxarılır. Məhz bu dəyərlər hər gün minlərlə əməkdaşın əməyində, qəbul edilən qərarlarda və sərnişinlərə təqdim olunan xidmətlərdə öz əksini tapır.
Eyni zamanda, video Azərbaycan Hava Yollarının milli aviadaşıyıcı kimi missiyasına da toxunur. Şirkət Azərbaycanı dünya ilə birləşdirən hava körpüsü olmaqla yanaşı, ölkəmizin mədəniyyətini və qonaqpərvərliyini beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir.
Vizual hekayə aviaşirkət üçün uçuşun yalnız bir nəqliyyat xidməti olmadığını, etimad, məsuliyyət və yüksək xidmət mədəniyyəti üzərində qurulan bütöv bir təcrübə olduğunu vurğulayır. Bu yanaşma şirkətin gələcək inkişaf strategiyasının da ayrılmaz hissəsidir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb