Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya biznes forumunda deyib.
Nazir bildirib ki, dövlət siyasəti olaraq əsas prioritetimiz bilik və təcrübə səviyyəsinin, bacarıqların və texnologiyaların artırılması, bunun nəticəsində isə Azərbaycanda rəqabətqabiliyyətli yeni məhsulların istehsalının təmin edilməsidir: "Bu məqsədlə biz müxtəlif alətlərdən istifadə edirik, risklərin bölüşdürülməsi yanaşmasını tətbiq edirik. Maliyyə investoru kimi fəaliyyət göstərən və riskləri, o cümlədən kapitalda iştirak risklərini öz üzərinə götürən, azlıq payına malik səhmdar-investor qismində çıxış edən, həmçinin güzəştli kreditlər təqdim edən Azərbaycan Biznesinin İnkişafı Fondu kimi institutlar yaratmışıq".
"Eyni zamanda, investisiya mandatı həm Azərbaycana, həm də regiona sərmayə yatırmaq olan mövcud birgə investisiya fondlarından istifadə edirik və onların sayı getdikcə artır. Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları sizin üçün, yəni müxtəlif sahələrdə imkanları görən və müəyyənləşdirən bizneslər üçün mühüm ekosistem rolunu oynaya bilər", - deyə nazir əlavə edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb