12 iyul 2026 20:42
91

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib

Tovuz döyüşlərinin ildönümü münasibətilə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin xatirəsi yad edilib. 

İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup hərbi qulluqçusu tərəfindən şəhidlərin məzarları ziyarət edilərək üzərinə güllər qoyulub, xatirələri hörmət və ehtiramla anılıb.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Anım mərasimində Milli Qəhrəmanların keçdiyi şərəfli ömür yolundan bəhs edilib, onların həyatının gənc hərbçilər üçün örnək olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Vətən uğrunda şəhid olanlar döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif orden və medallarla təltif olunublar, həmçinin şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunur.