İsveçrə millisinin baş məşqçisi Murat Yakin DÇ-2026-nın 1/4 finalında Argentina ilə keçiriləcək oyundan öncə necə mübarizə aparacaqları barədə danışıb.
“İki sahil” xəbər verir ki, "Clarin" nəşrinin məlumatına görə, isveçrəli mütəxəssis komandasının bu qarşılaşma üçün xüsusi plan hazırladığını bildirib.
"İlk növbədə, bunun üçün bir neçə variantımız var. Meydanda komanda şəklində düzgün oynamağa çalışacağıq. Əlbəttə, dünya çempionu olan Argentina yığmasına qarşı yüksək pressinq tətbiq etməyə çalışmalıyıq. Onlar da öz növbəsində meydanda üzərlərinə düşən işi maksimum səviyyədə yerinə yetirməyə çalışacaqlar. Bu barədə çox danışmaq olar. Amma sonda hər şeyi meydanda sübut etməlisən. Bizim artıq öz planlarımız var".
Qeyd edək ki, Argentina - İsveçrə görüşü iyulun 12-də Bakı vaxtı ilə 05:00-da keçiriləcək.