ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.
“İki sahil” xəbər verir ki, Bakı vaxtı ilə saat 01:00-da start götürəcək matçda İngiltərə millisi Norveçlə qarşılaşacaq. Görüş Mayamidəki "Hard Rok" stadionunda təşkil olunacaq.
Gecənin digər oyunu isə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olacaq. Qarşılaşma "Kanzas Siti" stadionunda oynanılacaq.
Qeyd edək ki, daha əvvəl Fransa və İspaniya milli komandaları yarımfinala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.
Argentina yığmasına qarşı yüksək pressinq tətbiq etməyə çalışmalıyıq - Murat Yakin
CAR millisinin heyətində DÇ-2026-da çıxış etmiş Ceyden Adams 25 yaşında vəfat edib