11 iyul 2026 18:40
95

CAR millisinin heyətində DÇ-2026-da çıxış etmiş Ceyden Adams 25 yaşında vəfat edib

"Mamelodi Sandauns" və Cənubi Afrika Respublikası (CAR) millisinin yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Soccer Laduma" portalı məlumat yayıb.

Futbolçunun ölüm səbəbləri açıqlanmayıb.

C.Adams hazırda davam edən DÇ-2026-da CAR millisinin heyətində çıxış edib. O, qrup mərhələsində hər üç oyunun iştirakçısı olub, 1/16 finalda Kanadaya qarşı matçda (0:1) isə meydana çıxmayıb.

Adams millinin heyətində ümumilikdə 9 görüş keçirib və 1 qol vurub. O, "Stellenbos" klubunun yetirməsidir, "Mamelodi Sandauns"a 2025-ci ildə keçib. 2025/2026 mövsümündə komandasının tərkibində Afrika Çempionlar Liqasının qalibi olub.