Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 122,269 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.
Altı ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 0,9 %-ni təşkil edib.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 196,094 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,8 % çoxdur.
Yanvar-iyun aylarında Türkiyədən ən çox mal idxalını Almaniya 10 milyard 116,916 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,3 % çox), ABŞ 6 milyard 971,281 milyon ABŞ dolları (+10,5 %) və Birləşmiş Krallıq 6 milyard 849,366 milyon ABŞ dolları (+4,5 %) dəyərində həyata keçirib.
Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,6 % artaraq 119 milyard 044,514 milyon ABŞ dollarına, iyun ayında isə 23,7 % artaraq 21 milyard 804,505 milyon ABŞ dollarına çatıb.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb