Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq, SOCAR Tower inzibati binasında və SOCAR-ın strukturuna daxil olan 38 müəssisə və təşkilatda enerji idarəçilərinin müəyyən edilməsi məqsədi ilə keçirilən attestasiya başa çatıb.
“İki sahil” xəbər verir ki, ümumilikdə 105 nəfər namizədin cəlb olunduğu attestasiyada 54 nəfər enerji idarəçisi vəzifəsinə uyğun hesab edilib, 3 nəfər isə ehtiyat siyahısına daxil edilib.
Layihənin uğurla başa çatdırılması enerji idarəetmə sisteminin gücləndirilməsi, peşəkar insan kapitalının formalaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji effektivliyinin artırılması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb