Ölkənin müxtəlif regionlarında iqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlar Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) güzəştli kreditlərindən yararlanaraq bizneslərini inkişaf etdirirlər.
“İki sahil” xəbər verir ki, 2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlara 3004 layihə üzrə maliyyə dəstəyi göstərilib. Bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıb.
Qeyd edək ki, ABDF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5%-dək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur. Bu əlverişli şərtlər sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını və regionlarda iqtisadi aktivliyin artmasını dəstəkləyir.
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb