09 iyul 2026 01:01
83

ABŞ İrana qarşı yenidən zərbələr endirməyə başlayıb

ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı yenidən zərbələr endirməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın açıqlamasında deyilir. Bildirilir ki, bu addım İranın Hörmüz boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək məqsədi ilə atılıb.

“Amerika Birləşmiş Ştatları kommersiya gəmiçiliyinə və mühüm beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı son zamanlar əsassız təcavüzə görə İranı məsul hesab edir”,- deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin cənubunda yerləşən Bəndər Abbas liman şəhərində ən azı səkkiz güclü partlayış baş verib.