Beynəlxalq Valyuta Fondu (BVF) Böyük Britaniya iqtisadiyyatı üzrə artım proqnozunu yüksəldib.
“İki sahil” “The Telegraph”a istinadla xəbər verir ki, yeni proqnozlara əsasən, ölkə iqtisadiyyatının 2026-cı ildə 1 faiz artacağı gözlənilir. Bu, aprel ayında açıqlanan əvvəlki proqnozdan 0,2 faiz çoxdur. Bu dəyişiklik Böyük Britaniyanı G7 ölkələri arasında iqtisadi artım proqnozu ən çox artırılan ölkə edib. Digər G7 üzvlərinin proqnozları ya dəyişməz saxlanılıb, ya da aşağı salınıb. Xüsusilə Fransa və Almaniya üzrə artım gözləntiləri azaldılıb.
BVF bildirib ki, Böyük Britaniyada ilin əvvəlində gözləniləndən daha güclü iqtisadi artım qeydə alınıb. Bundan əlavə, İran ətrafındakı münaqişənin iqtisadi təsiri neft və qaz qiymətlərinin yumşalması fonunda gözlənildiyindən daha zəif olub ki, bu da proqnozun yüksəldilməsinə müsbət təsir göstərib.