07 iyul 2026 22:45
87

Tbilisi hava limanında elektrik kəsildi

Güclü yağış nəticəsində Tbilisi Beynəlxalq Hava Limanının terminal binasının bir hissəsini su basıb.

“İki sahil” xəbər verir ki, hava limanında elektrik enerjisinin verilişi də müvəqqəti dayandırılıb.

Təhlükəsizlik məqsədilə sərnişinlər terminal binasından təxliyə ediliblər.

"Hadisə əlverişsiz hava şəraiti ilə əlaqədardır. Texniki qrupumuz hadisə yerində işləyir və problemi mümkün qədər qısa müddətdə aradan qaldırmağa çalışır. Təhlükəsizlik baxımından sərnişinlər təxliyə olunub", - hava limanından bildirilib.