Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər mövcuddur və 5 500-ə yaxın bilet satışa çıxarılıb.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yüksək tələbatı nəzərə alaraq, hazırda sistemdə satış davam edir: "Lakin, ola bilər, müraciətlərin sayı çox olduğundan, müəyyən ləngimələr baş verir. Amma hər hansı çətinlik yoxdur".
O qeyd edib ki, hazırda biletlər satışa 30 gün əvvələ çıxır: "Lakin, 90 gün əvvələ satışın açılması üçün tərəfimizdən müəyyən işlər aparılır və işlər tam yekunlaşandan sonra, bununla bağlı açıqlama veriləcək".