Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində dərc olunan məlumatda qeyd olunub.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib.
"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.
2026-cı ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat olub, proqnozdan əlavə 189,9 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 244,9 milyon manatdan çox olub", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manat olub, proqnozdan əlavə 6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 92,5 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 517,1 milyon manatdan çox olub, proqnozdan əlavə 13 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 337,4 milyon manatı ötüb.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır