"Qarabağ"ın sabiq futbolçusu Sami Mmae karyerasını Kiprdə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, "Pafos" klubu mərakeşli mərkəz müdafiəçisini transfer etməkdə maraqlıdır.
29 yaşlı futbolçu müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
Xatırladaq ki, “Pafos” ötən ay Azərbaycanın U-21 millisinin üzvü Murad Məmmədovu heyətinə cəlb edib.