06 iyul 2026 08:50
85

Neymar Braziliya millisindəki karyerasını başa vurub

"Santos"un futbolçusu Neymar Braziliya millisindəki karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, ulduz oyunçu bu barədə dünya çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə müsahibəsində deyib.

34 yaşlı hücumçu bu görüşün milli karyerasında sonuncu olduğunu və yığma ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Norveçə məğlub olan Braziliya millisi mundialda mübarizəni dayandırıb.