Dünya futbolunun tanınmış simalarından olan David Alaba təkcə idman karyerası ilə deyil, ailə kökləri və fərqli mədəniyyətləri özündə birləşdirən həyat hekayəsi ilə də maraq doğurub.
“İki sahil” xəbər verir ki, ulduz futbolçu müxtəlif ölkələrə uzanan ailə mənşəyi ilə əsl multikultural həyat nümunəsi hesab olunur. David Alabanın ailəsində Almaniya, Avstriya, Nigeriya və Filippinlə bağlı köklər bir araya gəlir.
Onun ailəsi yalnız fərqli millətləri deyil, eyni zamanda müxtəlif dini inancları da özündə birləşdirir. Xristian, müsəlman və buddist ənənələrinin eyni ailədə mövcud olması futbolçunun həyat hekayəsini daha da fərqləndirən məqamlardan biri kimi göstərilir.
Sosial şəbəkələrdə bu barədə yayılan paylaşım qısa zamanda geniş maraq doğurub. İzləyicilər David Alabanın fərqli mədəniyyətlərin və inancların harmoniyasını əks etdirən həyat yolunu yüksək qiymətləndirərək onu müxtəlifliyin və tolerantlığın uğurlu nümunəsi kimi dəyərləndiriblər.
Paylaşım internet istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub və çoxsaylı bəyənmə ilə şərh toplayıb.