04 iyul 2026 20:07
115

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib.

“İki sahil”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.